Türkiyədə Novruz mərasimində polisi daşa basan 200 nəfər saxlanılıb

Türkiyədə Novruz mərasimində polisi daşa basan 200 nəfər saxlanılıb Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda HDP-nin təşkil etdiyi Novruz bayramı tədbirində terror təbliğatı apararaq polisə daş atan 200-ə yaxın şübhəli saxlanılıb.
Region
22 Mart , 2023 04:45
Türkiyədə Novruz mərasimində polisi daşa basan 200 nəfər saxlanılıb

Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda HDP-nin təşkil etdiyi Novruz bayramı tədbirində terror təbliğatı apararaq polisə daş atan 200-ə yaxın şübhəli saxlanılıb.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, tədbirdə baş verən hadisələrdə bir neçə polis əməkdaşı yüngül xəsarət alıb. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Novruz tonqalının yandırıldığı tədbirdə bəzi iştirakçılar terror təbliğatı apararaq ərazidəki polis əməkdaşlarına daş və su qabları atıb, 10-a yaxın polis yüngül xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi