Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyədə "Təqaüdçülərin problemləri və həlli yollarına dair təkliflər" adlı toplantıda şəxsiyyəti məlum olmayan bir nəfər Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıcdaroğluna ayaqqabı atıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, atasının sığortasız işlədiyini söyləyib. Sonra ayyaqabısını çıxarıb və "bu quruluşun Allah bəlasını versin" deyərək, onu partiya sədrinə sarı tullayıb.
Cangüdənləri ayaqqabının Kamal Kıılcdaroğluna dəyməsinə imkan verməyib.