Türkiyədə miqrantları daşıyan mikroavtobus aşıb, ölən və yaralananlar var

Türkiyədə miqrantları daşıyan mikroavtobus aşıb, ölən və yaralananlar var Türkiyədə ağır yol qəzası olub.
Region
7 Sentyabr , 2021 02:14
Türkiyədə miqrantları daşıyan mikroavtobus aşıb, ölən və yaralananlar var

Türkiyədə ağır yol qəzası olub.

Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerli vaxtla saat 22:00-da Van əyalətində qeydə alınıb. Gürpinar rayonunda qeyri-leqal miqranları daşıyan mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində mikroavtobusun sürücüsü də daxil olmaqla, 17 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım, jandarm, xilasedicilər cəlb edilib və yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, mikroavtobusun sürücüsü xəstəxanada ölüb.

Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi