Türkiyədə meşəyə getmək qadağan olunur

Türkiyədə meşəyə getmək qadağan olunur Türkiyənin qərb və cənub bölgələrindəki 12 əyalətində meşə yanğınlarına qarşı tədbirlər çərçivəsində meşəlik ərazilərinə, bəzi bölgələrdə isə həm də milli parklara girişə məhdudiyyət tətbiq olunub.
Region
30 İyul , 2021 20:42
Türkiyədə meşəyə getmək qadağan olunur
0 : 00
0 : 00

Türkiyənin qərb və cənub bölgələrindəki 12 əyalətdə meşə yanğınlarına qarşı tədbirlər çərçivəsində meşəlik ərazilərə, bəzi bölgələrdə isə həm də milli parklara girişə məhdudiyyət tətbiq olunub.

"Report” “NTV”yə istinadən xəbər verir ki, bunlar Qırxlareli, İstanbul, Çanaqqala, Bursa, Balıkesir, İzmir, Aydın, Dənizli, Niğde, Uşaq, Hatay, Qaziantep əyalətləridir.

O cümlədən əksər əyyalətlərdə bu qadağa bu gündən və ya sabahdan etibarən 1 ay müddətinə, Qaziantepdə avqustun 15-dək, Niğdedə sentyabrın 15-dək, Uşaqda sentyabrın 30-dək, Dənizli və Hatayda isə hətta oktyabrın 31-dək tətbiq olunur.

Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli ölkədə meşə yanğınlarına qarşı tədbirlərin davam etdiyini açıqlayıb. İndiyədək yanğın fəlakəti nəticəsində 4 nəfərin öldüyü, 183 nəfərin isə xəsarət aldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi