Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Bağlar rayonundakı Çələbi Eser orta məktəbində şagirdlərin səhər toplantısı zamanı törədilən partlayış nəticəsində 5 məktəbli yaralanıb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, partlayış əldəqayırma qumbara ilə törədilib.
Hadisə ilə bağlı təhlükəsizlik və polis orqanları araşdırma aparır.