Türkiyədə koronavirusdan sağalanların sayı 187,5 mini ötdü

Türkiyədə koronavirusdan sağalanların sayı 187,5 mini ötdü Son sutkada Türkiyədə daha 1 041 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
8 İyul , 2020 21:23
Türkiyədə koronavirusdan sağalanların sayı 187,5 mini ötdü

Son sutkada Türkiyədə daha 1 041 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 208 938 nəfərə çatıb.

Son 24 saatda daha 22 nəfər koronavirusdan vəfat edib. Beləliklə Türkiyədə pandemiya qurbanlarının sayı 5 282 nəfərə yüksəlib.

Bununla yanaşı, son gün ərzində 2 219 nəfər sağalaraq evə buraxılıb. Bununla da ölkədə koronavirusdan sağalanların sayı 187 511 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi