Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb Türkiyənin paytaxtı Ankara şəhərində terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən antiterror əməliyyatı nəticəsində 10 şübhəlidən 9-u saxlanılıb.
Region
12 Sentyabr , 2022 10:41
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb

Türkiyənin paytaxtı Ankara şəhərində terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən antiterror əməliyyatı nəticəsində 10 şübhəlidən 9-u saxlanılıb.

“Report” xəbər verir ki, məlumatı “Haberturk” yayıb.

Ankara Polis İdarəsi Terrora qarşı Mübarizə Şöbəsindən bildirilib ki, xarici ölkə vətəndaşı olan şübhəlilərin İŞİD üzvləri ilə əlaqə saxladıqları məlum olub.

Paytaxtın müxtəlif yerlərindən eyni zamanda keçirilən antiterror əməliyyat nəticəsində 10 nəfər şübhəlidən 9-u saxlanılıb. Onuncu şübhəlinin tutulması istiqamətində əməliyyat aparılır.

Son xəbərlər

Orphus sistemi