Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib Türkiyənin Samsun şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.
Region
7 Sentyabr , 2021 10:31
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

Türkiyənin Samsun şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat 3 fərqli ünvanda gerçəkləşdirilib.

Samsunun Atakum, İlkadım və Canik rayonlarında keçirilən əməliyyat nəticəsində İraq əsilli 2 şəxs saxlanılıb.

Onların yaşadıqları ünvanlardan rəqəmsal materiallar götürülüb.

Daha bir şübhəlinin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi