Türkiyədə hərbi məhkəmə sisteminin ləğvi planlaşdırılır

Türkiyədə hərbi məhkəmə sisteminin ləğvi planlaşdırılır Hərbi sahə ilə bağlı yalnız intizam məhkəmələri saxlanılacaq
Region
103
27 İyul , 2016 12:12
Türkiyədə hərbi məhkəmə sisteminin ləğvi planlaşdırılır

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyədə hərbi məhkəmə sisteminin ləğvi planlaşdırılır. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, hökumət dövlət çevrilişi cəhdindən sonra Türkiyə Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı fəaliyyətə başlayıb. 

Məlumatda bildirilir ki, hərbi sahə ilə bağlı yalnız intizam məhkəmələri saxlanılacaq. 

Eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin idarəetmə formasının dəyişdirilərək rəhbər vəzifələrin mülki şəxslərə verilməsi nəzərdə tutulub. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı isə Milli Müdafiə Nazirliyi və Prezident Administrasiyasının tabeliyinə verilməyəcək. Ancaq onun tabeliyindəki Jandarma komandanlığının Daxili İşlər Nazirliyi, Hərbi Hava, Hərbi Dəniz və Quru Qoşunları komandanlıqlarının isə Milli Müdafiə Nazirliyinin tərkibinə verilməsi planlaşdırılır. 

Həmçinin, Milli Təhlükəsizlik Şurası ilə bağlı maddənin Konstitusiyadan çıxarılaraq "Texniki Şura" adı altında bir qanun şəklinə salınması, bununla da Türkiyə Silahlı Qüvvələrinə nəzarətə şərait yaradılması və Hakim və Prokurorlar Ali Şurasının (HSYK) idarəetmə formasının dəyişdirilməsi planlaşdırılır. Bu istiqamətdə Ali və Kassasiya məhkəmələrinin (Yargıtay və Danıştay) birləşdirilərək Ali Apellyasiya Məhkəməsinin yaradılması, Konstitusiya Məhkəməsinin üzvlərinin səlahiyyət müddətinin Avropa İttifaqı ölkələrinin təcrübəsindən yararlanmaqla təkrar müəyyənləşdirilməsi, HSYK-nın hakimlər və prokurorlar olmaqla iki ayrı quruma çevrilməsi məqsədəuyğun sayılır. 

Son xəbərlər

Orphus sistemi