Türkiyədə hərbi hissədə partlayış baş verib, 2 nəfər yaralanıb

Region
  • 03 avqust, 2022
  • 12:42
Türkiyədə hərbi hissədə partlayış baş verib, 2 nəfər yaralanıb

Türkiyənin Şırnak ərazisində Jandarm Komando Briqada Komandanlığında yanğın baş verib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb DM-16 işıqlandırma sursatının alışması və partlaması olub.

Yanğın nəzarət altına alınıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb, itki yoxdur.

44 filmi