Türkiyədə Fətullah Gülənin qardaşı oğlu saxlanılıb

Türkiyədə Fətullah Gülənin qardaşı oğlu saxlanılıb Məhəmməd Səid Gülən dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanın suallarını iştirakçılara ötürülməsi ilə bağlı sorğu-sual ediləcək
Region
23 İyul , 2016 17:51
Türkiyədə Fətullah Gülənin qardaşı oğlu saxlanılıb

Bakı. 23 iyul. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin qardaşı oğlu saxlanılıb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Məhəmməd Səid Gülən (Muhammet Sait Gulen) Ankara prokurorluğunun FETÖ-nun dövlət çevrilişi cəhdinə qarşı apardığı istintaq tədbirləri çərçivəsində Ərzurumda saxlanılıb. 

Məlumatda onun Ankaraya gətiriləcəyi, terror təşkilatına üzvlüklə yanaşı, 2010-cu ildə dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanın suallarını iştirakçılara ötürülməsi ilə bağlı da sorğu-sual ediləcəyi qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi