Türkiyədə zavodda başlayan yanğın söndürülüb - YENİLƏNİB

Türkiyədə zavodda başlayan yanğın söndürülüb - YENİLƏNİB Türkiyənin İstanbul şəhərindəki Tuzla qəsəbəsində avtomobil ehtiyat hissələrini istehsal edən fabrikda yanğın başlayıb.
Region
18 İyun , 2024 17:51
Türkiyədə zavodda başlayan yanğın söndürülüb - YENİLƏNİB

Türkiyənin İstanbul şəhərindəki Tuzla qəsəbəsində avtomobil ehtiyat hissələrini istehsal edən zavodda baş verən yanğın söndürülüb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Hadisənin səbəbi hələ ki məlum deyil.

16:19

Türkiyənin İstanbul şəhərindəki Tuzla qəsəbəsində avtomobil ehtiyat hissələrini istehsal edən zavodda yanğın başlayıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisənin səbəbi məlum deyil.

Hazırda yanğının söndürülməsi üçün qurudan və havadan müdaxilə edilir. Əraziyə 56 nəqliyyat vasitəsi və 167 nəfərlik briqada cəlb olunub.

Məlumata görə, yanğın artıq ətraf ərazilərə, o cümlədən, yaxınlıqdakı meşəyə və digər zavoda da yayılıb. Yanğının geniş əraziyə yayılmasının əsas səbəbi olaraq isti hava şəraiti göstərilir. Hazırda yanğının lokallaşdırılması üçün işlər davam etdirilir.

Qeyd olunub ki, hadisə yerində partlayış səsləri də eşidilib.

İlkin məlumata görə, yanğın nəticəsində ölən və ya yaralanan yoxdur.

Son xəbərlər

Orphus sistemi