Türkiyədə fabrikdə partlayış zamanı ölən və yaralananların sayı artdı

Türkiyədə fabrikdə partlayış zamanı ölən və yaralananların sayı artdı Türkiyənin Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artaraq 4 nəfərə çatıb.
Region
667
4 İyul , 2020 01:16
Türkiyədə fabrikdə partlayış zamanı ölən və yaralananların sayı artdı

Türkiyənin Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artaraq 4 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti ölkənin Səhiyyə naziri Fahrettin Kocaya istinadən bildirib.

Qeyd edilir ki, hadisə zamanı xəsarət alanların sayı 114 nəfərə yüksəlib.

Daha əvvəl Səhiyyə Nazirliyi 2 nəfərin öldüyünü, 73 nəfərin xəsarət aldığını bildirib.

Nəşrin məlumatına görə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selçuk məlumat verib ki, müəssisədə ümumilikdə 186 nəfər işləyirmiş. Hazırda hadisə zamanı müəssisədə kənar şəxslərin – müştərilərin olub-olmaması araşdırılır.