Türkiyədə zəlzələ olub.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar ötən gün yerli vaxtla saat 23:16-da Van vilayətinin Tuşba rayonunda 4,1 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 10,1 kilometr dərinlikdə yerləşib.
Ölkə ərazisində ikinci zəlzələ bundan 2 dəqiqə sonra, yenə Tuşba rayonunda qeydə alınıb. İkinci zəlzələ 3,7 maqnitudada baş verib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.