Bakı. 21 iyul. REPORT.AZ/ İyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd nəticəsində 246 günahsız insan həyatını itirib, 1536 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bunu 15 iyul gecəsi uğursuzluqla nəticələnən dövlət çevrilişi cəhdinin ardından Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"Dövlət çevrilişinə cəhd göstərənlərin açdıqları atəş nəticəsində mülki vətəndaşlarımızdan, polis işçilərimizdən və əsgərlərimizdən bu günədək 246 günahsız insan həyatını itirib, 1536 günahsız vətəndaşımız yaralanıb", - deyə o bildirib.