​Türkiyədə daha 62 hərbçi bəraət alıb

​Türkiyədə daha 62 hərbçi bəraət alıb Məhkəmə onlar barəsində dəlillərin yetərli olmadığını əsas göstərib
Region
7 Aprel , 2015 16:09
​Türkiyədə daha 62 hərbçi bəraət alıb

Bakı. 7 aprel. REPORT.AZ/ İstanbul Apelyasiya Məhkəməsi 62 hərbçi barəsində bəraət qərarı çıxarıb. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, onlar 2003-cü ildə o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğan hökumətini silahlı yolla devirməkdə ittiham olunurdu.

Martın 31-də məhkəmə 236 nəfər barəsində də bəraət qərarı çıxarıb. Məhkəmə onlar barəsində də dəlillərin yetərli olmadığını əsas göstərib.

Qeyd edək ki, məsələyə dair cinayət işi 2012-ci ilin sentyabrında açılıb. "Balyoz" ("Gürz") əməliyyatı adı alan bu istintaq işində 365 nəfərin adı hallanırdı. Onların arasında Türkiyə Silahlı Qüvvələrinin generalları da var idi.

Beləliklə, "Balyoz" əməliyyatı ilə bağlı həbs olunanların hamısı bəraət alıb.

Son xəbərlər

Orphus sistemi