Türkiyədə dağıntılar altından sağ çıxarılan 282 uşağın şəxsiyyəti naməlumdur

Türkiyədə dağıntılar altından sağ çıxarılan 282 uşağın şəxsiyyəti naməlumdur Türkiyədə fevralın 6-da qeydə alınan zəlzələ zamanı baş vermiş dağıntılar altından çıxarılan 1 396 uşaqdan 282-nin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Region
15 Fevral , 2023 03:47
Türkiyədə dağıntılar altından sağ çıxarılan 282 uşağın şəxsiyyəti naməlumdur

Türkiyədə fevralın 6-da qeydə alınan zəlzələ zamanı baş vermiş dağıntılar altından çıxarılan 1 396 uşaqdan 282-nin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, hazırda 721 uşağın müalicəsi davam etdirilir, 167 uşaq müalicə olunduqdan sonra nazirliyin müəssisəsinə göndərilib. Eyni zamanda 508 uşaq ailəsinə təhvil verilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Son xəbərlər

Orphus sistemi