Türkiyədə batan gəmidə həlak olmuş iki ukraynalının şəxsiyyəti məlum olub

Türkiyədə batan gəmidə həlak olmuş iki ukraynalının şəxsiyyəti məlum olub Batmış “Arvin” quru yük gəmisinin ekipajının iki üzvünün meyiti sudan çıxarılıb və şəxsiyyətləri müəyyənləşdirilib.
Region
19 Yanvar , 2021 03:09
Türkiyədə batan gəmidə həlak olmuş iki ukraynalının şəxsiyyəti məlum olub

Türkiyənin İnkumu rayonu sahillərində batmış “Arvin” quru yük gəmisinin ekipajının iki üzvünün meyiti sudan çıxarılıb və şəxsiyyətləri müəyyənləşdirilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfirliyinin konsul bölməsinin rəhbəri Andrey Bilık bildirib.

O, qeyd edib ki, ekipajın itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.

“Ukraynanın iki vətəndaşının ölümü təsdiqləndi, şəxsiyyətləri müəyyənləşdi. Axtarış-xilasetmə əməliyyatı dayanmadı, sabah da davam edəcək. Üç itkinin axtarışları aktiv olaraq davam etdirilir", - Bilık “Ukrinform” agentliyinə bildirib.

Diplomat həmçinin əməliyyatın detallarından da danışıb. "Mürəkkəb iqlim şəraitinə görə boğulanların meyitlərini tapmaq çətin idi. Əlavə xilasetmə texnikası cəlb etmək lazım oldu", - konsul danışıb.

Bazar günü Ukraynanın "Arvin" gəmisi Türkiyənin İnkumu rayonunun sahillərində batıb. Hadisə zamanı gəmidə 12 nəfər - Rusiyanın 2, Ukraynanın 10 vətəndaşı olub. Türkiyənin sahil mühafizəsinin məlumatına görə, hadisə zamanı üç nəfər həlak olub, altı dənizçi xilas edilib, daha 3 nəfərin axtarışı hələ davam edir.

Son xəbərlər

Orphus sistemi