Türkiyədə baş vermiş yol qəzasında 7 nəfər ölüb, 10 nəfər yaralanıb

Türkiyədə baş vermiş yol qəzasında 7 nəfər ölüb, 10 nəfər yaralanıb ​Türkiyədə baş vermiş yol qəzasında 7 nəfər ölüb
Region
28 Avqust , 2016 09:59
Türkiyədə baş vermiş yol qəzasında 7 nəfər ölüb, 10 nəfər yaralanıb

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyənin cənub-şərqində ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "CNN Türk" xəbər yayıb.

Məlumata görə, hadisə Adıyaman şəhəri yaxınlığında baş verib. Bingöl-Adıyaman marşrutu ilə hərəkət edən sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 7 nəfər ölüb. Ölənlərdən 2-nin uşaq olduğu bildirilir.

Qəza zamanı daha 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. 

Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisənin başvermə səbəblərini araşdırır. 

Son xəbərlər

Orphus sistemi