Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyədə baş vermiş partlayış nəticəsində 1 hərbçi yaralanıb.
"Report" "Milliyyet"ə istinadən xəbər verir ki, hadisə Hakkari vilayətinin Yüksekova rayonunun Dağlıca kəndində baş verib.
Hakkari valisi Cüneyt Orxan Toprakın verdiyi məlumata görə, hərbi avtomobilin keçidindən sonra partlayış baş verib, nəticədə 1 hərbçi xəsarət alıb.
Hadisəni törədənlərin kimliyi barədə açıqlama verilmir.
Yaralı hərbçi xəstəxanaya yerləşdirilib.