Türkiyədə azərbaycanlı tələbə qızın üstünə kimyəvi maddə sıçrayıb, onun üzü ciddi yanıb

Türkiyədə azərbaycanlı tələbə qızın üstünə kimyəvi maddə sıçrayıb, onun üzü ciddi yanıb Hadisə ilə bağlı istintaq aparılır
Region
17 İyun , 2017 17:21
Türkiyədə  azərbaycanlı tələbə qızın üstünə kimyəvi maddə sıçrayıb, onun üzü ciddi yanıb

Bakı. 17 iyun. REPORT.AZ/ Türkiyənin Qaradəniz Texniki Universitetinin Stomotologiya fakültəsində kimya dərsi zamanı baş verən partlayış nəticəsində Azərbaycan vətəndaşı olan tələbə qızın üzü faciəvi şəkildə yanıb.

“Report” xəbər verir ki, bu haqda “Haber61” məlumat yayıb.

Məlumata görə, kolbanın içərisində olan yandırıcı maddə Azərbaycan vətəndaşının üzünə sıçrayıb və onun üzündə ciddi yanıqlar əmələ gəlib.

Tələbə yoldaşları onu xəstəxanaya aparıblar.

Hadisə ilə bağlı istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi