Türkiyədə müəllimlərin olduğu avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Region
  • 25 iyun, 2022
  • 21:15
Türkiyədə müəllimlərin olduğu avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyənin Ordu şəhərində dekan və müəllimləri daşıyan mikroavtobus aşıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Gölköy mahalına bağlı Ulugöl məhəlləsində qeydə alınıb.

Qəza nəticəsində 1 dekan həyatını itirib, 2-si ağır olmaqla 19 nəfər yaralanıb.

Hadisə Ordu Universitetində 27-ci Dekanlar Şurasının toplantısından qayıdarkən baş verib. Mikroavtobusda ümumilikdə 25 nəfər olub.

Qəza ilə bağlı araşdırmaya başlanılıb.

44 filmi