Bakı. 19 iyun. REPORT.AZ/ Türkiyənin Aydın əyalətinin Şöke rayonunda sərnişin avtobusunun aşması nəticəsində 45 nəfər yaralanıb.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, yaralananlar arasında sürücü də var.
Hadisə iyunun 19-da Şöke-Didim avtomobil yolunun Yenidoğan qovşağında baş verib. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.