Türkiyədə “Akkuyu” AES-in təməlqoyma mərasiminin vaxtı açıqlanıb

Türkiyədə “Akkuyu” AES-in təməlqoyma mərasiminin vaxtı açıqlanıb Berat Albayrak: “Türkiyənin yaranmasının 100-cü ildönümünədək stansiyanın tikintisi başa çatsa, çox yaxşı olardı”
Region
11 Oktyabr , 2017 19:29
Türkiyədə “Akkuyu” AES-in təməlqoyma mərasiminin vaxtı açıqlanıb
Ria.ru

Bakı. 11 oktyabr. REPORT.AZ/ “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) təməlqoyma mərasimi 2017-ci ilin sonu, 2018-ci ilin əvvəlində Türkiyə və Rusiya dövlət başçılarının iştirakı ilə keçiriləcək.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.

Onun sözlərinə görə, Türkiyənin Atom Enerjisi üzrə Agentlyi AES-in təməlqoyma mərasiminin keçirilməsi üçün bütün imkanlardan istifadə edir: "2023-cü il oktyabrın 29-dək Türkiyənin yaranmasının 100-cü ildönümünədək stansiyanın tikintisi başa çatsa, çox yaxşı olardı”. 

Qeyd edək ki, bu layihənin icraçısı Rusiyanın “Rosatom” şirkətidir. 

Son xəbərlər

Orphus sistemi