Türkiyədə ağır yol qəzasında onlarla uşaq xəsarət aldı

Türkiyədə ağır yol qəzasında onlarla uşaq xəsarət aldı Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Region
106
10 İyun , 2021 01:53
Türkiyədə ağır yol qəzasında onlarla uşaq xəsarət aldı

Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Dənizli əyalətində qeydə alınıb.

Belə ki, Denizli-Muğla yolunda hərəkətdə olan mikroavtobus Kale rayonunda qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Onlardan 19-nun uşaq olduğu bildirilir.

Yaralılar xəstəxanalara çatdırılıb.

Məlumata görə, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməsi səbəb olub.

Sərnişinlər Bodrumda istirahət üçün Ankaradan səyahətə çıxıblar.

Son xəbərlər

Orphus sistemi