Türkiyədə ağır yol qəzasında 27 nəfər xəsarət alıb
Region
- 08 dekabr, 2020
- 01:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası olub.
“Report” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Məlumata görə, hadisə Dənizlinin Kale rayonunda qeydə alınıb. Belə ki, naringi və portağal əkin sahəsinin işçilərini daşıyan “20 AEA 299” dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 27 nəfər xəsarət alıb. Hadisə yerinə çoxlu sayda jandarm, polis əməkdaşı, xilasedici və tibb işçisi cəlb edilib.
Yaralılar Kale Dövlət Xəstəxanasına çatdırılıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, hadisəyə yağışlı hava səbəb olub.
Son xəbərlər
07:07
Mərmərə dənizində 3,9 bal gücündə zəlzələ qeydə alınıb
Region
06:54
ABŞ-də hava əlaqəsindəki genişmiqyaslı nasazlığın səbəbi açıqlanıb
Digər ölkələr
05:55
Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik və qrupda birinci yeri tutduq"
Futbol
05:47
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib - Yenilənib-2
Digər ölkələr
05:31
WSJ: ABŞ qızılcanın kökünü kəsmiş ölkə statusundan məhrum edilib
Sağlamlıq
05:02
Argentinada qaz kəmərindəki partlayış zamanı bir nəfər ölüb, 30-dan çox insan xəsarət alıb - Yenilənib
Digər ölkələr
04:35
"Reuters": Tramp APEC çərçivəsində Si Cinpin və Putinlə görüşəcək
Digər ölkələr
03:44
Nyu-Orleanda gəmi qəzasından sonra 32 nəfər xəstəxanaya yerləşdirilib - Yenilənib
Digər ölkələr
03:29
Ordubadda avtomobil aşıb, ölən və xəsarət alanlar var
Hadisə