Türkiyədə 65 yaşdan yuxarı insanlara küçəyə çıxmaq qadağan edilir

Türkiyədə 65 yaşdan yuxarı insanlara küçəyə çıxmaq qadağan edilir Türkiyənin hakimiyyət orqanları yaşı 65-dən çox olan insanlara koronavirusa yoluxma təhlükəsinə görə küçəyə çıxmağı qadağan edib.
Region
21 Mart , 2020 21:24
Türkiyədə 65 yaşdan yuxarı insanlara küçəyə çıxmaq qadağan edilir

Türkiyənin hakimiyyət orqanları yaşı 65-dən çox olan insanlara koronavirusa yoluxma təhlükəsinə görə küçəyə çıxmağı qadağan edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Bazar günü saat 00:00-dan başlayaraq yaşı 65-dən yuxarı olan şəxslərə, həmçinin xroniki xəstələrə küçəyə çıxmaq, parklarda, bağlarda və bu cür açıq meydançalarda gəzmək qadağa qoyulur", - ölkənin Daxili İşlər Nazirliyinin xəbərində deyilir.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. Dünyada artıq 234 mindən çox insan COVİD-19 infeksiyasına yoluxub, 10 min nəfərdən çox insan virusun qurbanı olub. 

Son xəbərlər

Orphus sistemi