Türkiyədə zəlzələ dağıntılara səbəb olub, xəsarət alanlar var  

Türkiyədə zəlzələ dağıntılara səbəb olub, xəsarət alanlar var   Türkiyədə 5.1 bal gücündə zəlzələ baş verib.
Region
19 Noyabr , 2021 22:55
Türkiyədə zəlzələ dağıntılara səbəb olub, xəsarət alanlar var  

Türkiyənin Ərzurum şəhərində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 2 kənddə dağıntılar baş verib.

“Report”un məlumatına görə, bu barədə səhiyyə naziri Faxrettin Koca tviterdəki hesabında yazıb.

O, bildirib ki, zəlzələ zamanı 4 nəfər xəsarət alıb. Zəlzələ ilə bağlı bölgəyə 5 təcili tibbi yardım maşını, 27 səhiyyə işçisi cəlb olunub.

Qeyd edək ki, yeraltı təkanlar Köprüköy rayonunda yerli vaxtla saat 15:40-da qeydə alınıb.

Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ 12 saniyə davam edib. Ərzurum valisi Okay Memiş dağıntılar altında qalan 2 nəfərin sağ çıxarıldığını bildirib. Zəlzələdən sonra yüksəkliklərdən düşən qayalar Hınıs-Tekman yolunu bağlayıb.

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar həmçinin Ağrı, Diyarbakır və Muş şəhərlərində də hiss olunub.

16:55

Türkiyədə 5.1 bal gücündə zəlzələ baş verib.

“Report” “Hürriyət”ə istinadən xəbər verir ki, hadisə Ərzurum şəhərində qeydə alnıb.

Zəlzələ həmçinin Ağrı, Diyarbakır və Muş şəhərlərində də hiss olunub.

Son xəbərlər

Orphus sistemi