Türkiyədə 4-cü doza vaksin vurdurulması imkanı yaradılacaq

Region
  • 16 avqust, 2021
  • 07:36
Türkiyədə 4-cü doza vaksin vurdurulması imkanı yaradılacaq

Türkiyə Səhiyyə Nazirliyi əhalinin vaksinasiyası ilə bağlı yeni qərarlar qəbul edib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, 2 doza “Sinovac”, 1 doza “BioNTech” vaksini vurduran insanlar üçün 4-cü doza vaksin olunmaq seçimi təqdim olunub.

Bildirilib ki, ilk olaraq 4-cü doza vaksin olunmaq üçün səhiyyə işçilərinə və risk qrupuna daxil olan əhaliyə şərait yaradılacaq.