Türkiyədə 27 şagird yol qəzasında xəsarət alıb

Region
  • 13 avqust, 2021
  • 19:42
Türkiyədə 27 şagird yol qəzasında xəsarət alıb

Türkiyədə Quran kursunun şagirdlərinin olduğu mikroavtobus qəzaya düşüb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mikroavtobus Kayseri-Kahramanmaraş şosesində idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 27-si şagird olmaqla 29 nəfər yaralanıb. Onlardan yeddisinin vəziyyəti ağırdır. Yaralılar Pınarbaşı dövlət xəstəxanasına çatdırılıb.

Yol qəzası ilə bağlı araşdırma başlanıb.