Türkiyədə 22 minə yaxın polis əməkdaşı işdən çıxarılıb

Türkiyədə 22 minə yaxın polis əməkdaşı işdən çıxarılıb Onların FETÖ ilə əlaqədə olduğu ehtimal edilir
Region
23 Noyabr , 2016 13:27
Türkiyədə 22 minə yaxın polis əməkdaşı işdən çıxarılıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Türkiyə Daxili İşlər Nazirliyinin 21 929 əməkdaşı işdən çıxarılıb.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, nazirliyin 12 985 əməkdaşı isə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bundan başqa, 3 569 nəfər nazirlikdəki vəzifəsinə bərpa edilib.

Məlumata görə, nazirliyin 467 əməkdaşı barəsində axtarış elan edilib.

Onların Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə olduğu ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi