Türkiyədə 2025-ci ilədək süni zəka sahəsində 50 min kadrın işləməsi planlaşdırılır

Türkiyədə 2025-ci ilədək süni zəka sahəsində 50 min kadrın işləməsi planlaşdırılır Türkiyədə Milli Süni Zəka Strategiyası (2021-2025) ictimaiyyətə təqdim edilib.
Region
24 Avqust , 2021 12:02
Türkiyədə 2025-ci ilədək süni zəka sahəsində 50 min kadrın işləməsi planlaşdırılır
google.az

Türkiyədə Milli Süni Zəka Strategiyası (2021-2025) ictimaiyyətə təqdim edilib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, strategiyanı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank təqdim edib.

Onun sözlərinə görə, 2025-ci ilədək bu sahədə 50 min kadr üçün məşğulluq imkanlarının təmin edilməsi başlıca hədəflər arasındadır.

“2025-ci ildə süni zəka sahəsində məşğulluğun ən az 50 minə çatmasını hədəfləyirik. Bunun üçün ixtisaslı və kompitent insan resurslarının yetişməsi ilə bağlı önəmli tədbirlər müəyyənləşdirilib”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi