Türkiyə xüsusi xidmət orqanları əməkdaşlarına qarşı sui-qəsd hazırlayan terrorçu zərərsizləşdirilib
Region
- 23 avqust, 2023
- 08:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Mili İstihbarat Təşkilatı (MİT) terror təşkilatı PKK-nın "nüfuzlu" şəxslərindən sayılan Bəkir Kınanı İraqın Süleymaniyyə şəhərində zərərsizləşdirib.
“Report” “Star” qəzetinə istinadən xəbər verir ki, bu şəxs Türkiyə Silahlı Qüvvələri, polis və MİT üzvlərinə qarşı sui-qəsd etmək üçün təlim keçib. Kod adı "Bawer Botan" olan bu şəxs 2019-cu ildə İraqa gedərək PKK-ya qoşulub. İndiyədək İran və İraqda terror fəaliyyətlərində iştirak edib.
Təlim keçdikdən sonra terrorçunun qanunsuz yollarla Türkiyəyə göndəriləcəyi xəbəri təsdiq olunub. Bu səbəbdən də hərəkətə keçən MİT terrorçunu sui-qəsdlə bağlı təlim aldığı ərazidə əməliyyat keçirərək zərərsiz hala gətirib.
Son xəbərlər
11:04
"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 50-ci məğlubiyyətini alıb
Futbol
11:02
Yunanıstan sahillərində miqrantların olduğu kater çevrilib, altı nəfər ölüb
Digər ölkələr
10:57
Foto
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
Fərdi
10:43
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb
Futbol
10:33
Azərbaycan 9 ayda 327 min tona yaxın azot gübrəsi ixrac edib
Energetika
10:28
"Neftçi" Azərbaycan çempionatlarında səfərdə 700-cü qolunu "Qarabağ"a vurub
Futbol
10:28
Rubio: Mərkəzi Asiya 20 il ərzində ABŞ-nin lazımi diqqətini görməyib
Digər ölkələr
10:27
Azərbaycanın metanol ixracından gəlirlərini 8 % artırıb
Energetika
10:25
Dünya Bankı Bakıda infrastrukturun modernləşdirilməsi üçün maliyyələşdirməni artıracaq
Maliyyə