Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq" "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq".
Region
31 Yanvar , 2023 16:28
Türkiyə XİN: Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq

"Rusiya ilə Ukrayna arasında təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq".

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib

"Bizə görə müharibə müzakirə masasında başa çatacaq. Ədalətli sülh əldə olunmalıdır. Əlbəttə, Ukrayna torpaqları işğal altındadır. Tərəflərdən heç biri birtərəfli sülhü qəbul etməz”, - o vurğulayıb.

Çavuşoğlunun sözlərinə görə, Ukraynadakı savaşın nəticəsi ilə bağlı proqnoz vermək çox çətindir: “Bizim hər iki tərəflə yaxşı əlaqələrimiz var. Ona görə də Moskva əleyhinə sanksiyalara qoşulmadıq. Əksinə, NATO ölkəsi olmağımıza baxmayaraq, Rusiya ilə təmaslarımızı davam etdirdik".

Son xəbərlər

Orphus sistemi