Türkiyə XİN Misirlə münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələr haqqında məlumat yayıb

Türkiyə XİN Misirlə münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələr haqqında məlumat yayıb Türkiyənin Xarici İşlər Nazirliyi Türkiyə-Misir münasibətlərinin normallaşdırılması ilə bağlı Ankarada keçirilmiş ikitərəfli görüş haqqında məlumat yayıb.
Region
8 Sentyabr , 2021 17:38
Türkiyə XİN Misirlə münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələr haqqında məlumat yayıb

Türkiyənin Xarici İşlər Nazirliyi Türkiyə-Misir münasibətlərinin normallaşdırılması ilə bağlı Ankarada keçirilmiş ikitərəfli görüş haqqında məlumat yayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi saytında bildirilib.

Məlumatda deyilir ki, Türkiyə-Misir müzakirələrinin ikinci turu XİN başçısının müavini Sedat Önal və misirli həmkarı Hamdi Sanad Lozanın başçılıq etdiyi heyətlər arasında sentyabrın 7-8-də Ankarada təşkil olunub.

Görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, Liviya, Suriya, İraq, Fələstin və Aralıq dənizinin şərqi ilə bağlı məsələlər daxil olmaqla bəzi regional mövzuların da müzakirə edildiyi vurğulanıb.

Tərəflər müzakirə edilmiş mövzularda irəliləyişlər və əlaqələrin normallaşdırılmasını təmin etmək üçün əlavə addımlar atılması haqqında arzularını ifadə ediblər. Müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi