Türkiyə XİN: "İraqın təhlükəsizliyi bizim üçün həyati əhəmiyyət kəsb edir"

Türkiyə XİN: "İraqın təhlükəsizliyi bizim üçün həyati əhəmiyyət kəsb edir" "Bir müddətdir, İraqın paytaxtı Bağdadda baş verən siyasi proseslər ölkənin sabitliyinə, birliyinə və təhlükəsizliyinə təhdid halına gəlib. Dünya ictimaiyyəti bilməlidir ki, dost və qardaş İraqın sabitliyi və təhlükəsizliyi Türkiyə üçün həyati əhəmiyyət k
Region
30 Avqust , 2022 04:52
Türkiyə XİN: İraqın təhlükəsizliyi bizim üçün həyati əhəmiyyət kəsb edir

"Bir müddətdir, İraqın paytaxtı Bağdadda baş verən siyasi proseslər ölkənin sabitliyinə, birliyinə və təhlükəsizliyinə təhdid halına gəlib. Dünya ictimaiyyəti bilməlidir ki, dost və qardaş İraqın sabitliyi və təhlükəsizliyi Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan biz zorakılığın bütün İraqa yayılmasından narahatıq"

"Report"un yerli bürosu xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında yer alıb.

Bəyanatda qeyd olunur ki, Türkiyə bu kontekstdə bütün tərəfləri təmkinli olmağa və sağlam düşüncəyə dəvət edir.

"Ümid edirik ki, mövcud siyasi münaqişələr sülh və inklüziv dialoq yolu ilə həll olunacaq, İraq xalqının sülhü, rifahı təmin ediləcək", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi