Türkiyə XİN İraqdakı hadisələrə görə narahatlığını bildirib
Region
- 01 avqust, 2022
- 19:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Xarici İşlər Nazirliyi İraqdakı hadisələrə görə narahatlığını bildirib.
"Report" xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Bağdaddakı hadisələrin narahatlıqla izləndiyi bildirilib.
Açıqlamada İraqda baş verən proseslərə zəmin yaradan siyasi qeyri-müəyyənliyin ən qısa zamanda aradan qaldırılacağı, İraq xalqının gözləntiləri əsasında ləngimədən təmsilçi hökumətin qurulacağına inam ifadə olunur.
"İraqlıların öz fikirlərini demokratik vasitələrlə ifadə etmək hüququna hörmətlə yanaşırıq. Bu kontekstdə zorakılıqdan qaçmağın və ictimai asayişin qorunmasının vacibliyini vurğulayırıq. Bütün tərəfləri sağlam düşüncə və təmkinlə hərəkət etməyə çağırırıq", - XİN-dən bildirilib.
Son xəbərlər
20:43
Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 12 %-dən çox azalıb
Biznes
20:36
Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır - Rəy
Xarici siyasət
20:33
"Barselona" Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb
Futbol
20:31
Foto
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
Energetika
20:29
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
Ədəbiyyat
20:24
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
İnfrastruktur
20:21
Foto
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Xarici siyasət
20:19
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
Biznes
20:19
Xamenei ilə Qalibaf ABŞ-nin İrana qarşı yürütdüyü siyasəti müzakirə ediblər
Region