“Ukraynadakı müharibənin dayandırılması prioritetimizdir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, savaşa son verilməlidir: “Çünki müharibənin qlobal nəticələri var. Biz müharibənin başa çatması üçün səylərimizi, humanitar addımlarımızı davam etdiririk”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.