Türkiyə XİN başçısı: “Taxıl sazişi”nin müddətinin uzadılmasını istəyirik”

Türkiyə XİN başçısı: “Taxıl sazişi”nin müddətinin uzadılmasını istəyirik” “Taxıl sazişi”nin müddətinin uzadılmasını arzu edirik”.
Region
3 May , 2023 11:35
Türkiyə XİN başçısı: “Taxıl sazişi”nin müddətinin uzadılmasını istəyirik”
Mövlud Çavuşoğlu

“Taxıl sazişi”nin müddətinin uzadılmasını arzu edirik”.

“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

O bildirib ki, Rusiyanın taxıl ixracı ilə bağlı problemləri var: “Bunlar ciddi məsələlərdir”.

M.Çavuşoğlunun sözlərinə görə, həm Türkiyə, həm də BMT Ukrayna limanlarından taxılın dünya ölkələrinə daşınmasının davam etməsi istiqamətində səylər göstərir.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Bu ilin mart ayında “Taxıl sazişi”nin müddəti növbəti dəfə iki ay uzadılıb.

Son xəbərlər

Orphus sistemi