“Yüz minə yaxın Axısqa türkü olan soydaşımız 1944-cü ilin noyabrın 14-də öz yurdlarından - Gürcüstanın Axısqa bölgəsindən Sovet İttifaqının uzaq yerlərinə sürgün edilib”.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
“ABŞ-dan Qırğız Respublikasınadək uzanan geniş coğrafiyada dünyanın 9 fərqli ölkəsinə yayılan və sayları 500 minə çatan Axısqa türkləri yaşadıqları ağrını və həmrəyliyin önəmini heç vaxt unutmayıblar. İllərlə sürən çətin şərtlərə baxmayaraq, kimliklərini qoruyub, mədəni miraslarını yeni nəsillərə ötürüblər. İndiyədək olduğu kimi, bundan sonra da Axısqa türklərinin ana vətənlərinə qayıtma prosesini diqqət mərkəzində saxlamağa və soydaşlarımıza lazımi dəstəyi verməyə davam edəcəyik. Qadın, yaşlı, uşaq olmasına baxmayaraq, sürgünə göndərilən Axısqa türklərinin acısını paylaşırıq. Axısqa türklərinin ana vətənlərindən sürgün edilməsinin 76-cı ildönümündə həyatını itirənləri hörmət və ehtiramla anırıq”, - bəyanatda deyilir.