Türkiyə XİN: "ABŞ-ın terrorla bağlı illik hesabatı qərəzlidir"

Türkiyə XİN: "ABŞ-ın terrorla bağlı illik hesabatı qərəzlidir" Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç açıqlayıb.
Region
151
17 Dekabr , 2021 17:18
Türkiyə XİN: ABŞ-ın terrorla bağlı illik hesabatı qərəzlidir

ABŞ Dövlət Departamentinin “Ölkələr üzrə terrorçuluq – 2020” hesabatında Türkiyənin PKK (Kürdüstan Fəhlə Partiyası - “Report”), DHKP-C (İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi), İŞİD (İraq Şam İslam Dövləti) kimi terror təşkilatlarına qarşı mübarizəsinin və bu sahədə beynəlxalq səylərə təsirli töhfələrinin ədalətli şəkildə qiymətləndirilmədiyi, hesabatın bu mövzuda çatışmaz və qərəzli yanaşmasını əks etdirdiyi göz qarşısındadır.

“Report” xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç açıqlayıb.

“Türkiyə terrorçuluğa qarşı mübarizəsini terror təşkilatlarına fərq qoymadan hüquqi əsasda aparır, təhlükəsizlik-haqq və azadlıqlar balansına həssaslıqla nəzarət edir. Bu səbəbdən sözügedən hesabatda haqq və azadlıqların nisbətsiz və səbəbsiz məhdudlaşdırıldığı iddiası əsassız və qəbuledilməzdir.

Hesabatın Suriya fəslində ölkəmizin Suriyada terrorla mübarizədə əsas narahatlığının PKK ilə sıx əlaqəli qruplarla bağlı olmasının bildirilməsi, bu qrupların adları çəkilməsə də, SDG (Suriya Demokratik Qüvvələri), PYD (Demokratik Birlik Partiyası), YPG-nin ("Xalq Qoruma Dəstələri") PKK ilə eyni olduğunun etirafıdır.

Amerikalı həmkarlarımız yaxşı bilirlər ki, ABŞ-ın İŞİD-lə mübarizə adı altında dəstəklədiyi qondarma “SDG” PKK-nın nəzarətindədir. Bu səbəbdən Suriyada PKK-ya bağlı qrupların son bir ildə 120-dən çox günahsız insanın ölümünə yol açan xəstəxanaları, dinc sakinləri hədəfə alan terror hücumlarının hesabatda yer almaması qəbuledilməzdir”, - açıqlamada bildirilib.

XİN sözçüsü Türkiyədə qadağan edilən Fəthullah Terror Təşkilatına (FETÖ) qarşı mübarizənin hesabatda qərəzli şəkildə qiymətləndirilməsinə də toxunub: “Türkiyənin xain terror təşkilatı FETÖ-yə qarşı haqlı mübarizəsi bu təşkilatın qanlı çevriliş cəhdləri nəzərə alınmadan təqdim olunub. FETÖ ancaq ölkəmiz üçün yox, fəal olduğu hər ölkənin təhlükəsizliyinə təhdiddir. ABŞ-dan gözləntimiz çox gecikmədən ölkəsindəki FETÖ-nün fəaliyyətinə son qoyması və bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq etməsidir. Türkiyə ABŞ və müttəfiqlərindən terrorla mübarizədə qətiyyətli və təsirli mövqe gözləyir”.

Son xəbərlər

Orphus sistemi