​Türkiyə XİN başçısı: "Sabahdan Rusiya ilə birbaşa danışıqlar başlayır"

​Türkiyə XİN başçısı: "Sabahdan Rusiya ilə birbaşa danışıqlar başlayır" Mövlud Çavuşoğlu: "Lavrovla ikitərəfli münasibətləri və regional mövzuları səmimi atmosferdə müzakirə edəcəyimizə ümidvaram"
Region
30 İyun , 2016 17:58
​Türkiyə XİN başçısı: Sabahdan Rusiya ilə birbaşa danışıqlar başlayır

Bakı. 30 iyun. REPORT.AZ/ "Xarici işlər naziri Sergey Lavrovla görüş Rusiya ilə birbaşa danışıqların başlanğıcı olacaq".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində iyulun 1-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) toplantısı çərçivəsində rusiyalı həmkarı S.Lavrovla görüşündən danışarkən deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşması və birbaşa dialoq üçün bazanın yaranması prosesi başlayıb: "Sabahdan Rusiya ilə birbaşa danışıqlar başlayır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ikitərəfli münasibətləri və regional mövzuları səmimi atmosferdə müzakirə edəcəyimizə ümidvaram".

Qeyd edək ki, iyulun 1-də Rusiyanın Soçu şəhərində QDİƏT-in toplantısı keçiriləcək. Bu yığıncaqda iştirak etmək üçün Mövlud Çavuşoğlu Soçiyə gedəcək. 

Son xəbərlər

Orphus sistemi