Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”

Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik” Mövlud Çavuşoğlu: “Kərkükdəki terrorçu PKK qruplaşmasının silahlıları türkmənlərə hücum edərsə, lazımi addımlar atılacaq”
Region
26 Sentyabr , 2017 20:45
Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”
Mövlud Çavuşoğlu

Bakı. 26 sentyabr. REPORT.AZ/ “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “referendum”la bağlı İraqın şimalındakı yerli hökumətin başçısı Məsud Bərzaninin rəhbəri olduğu “Kürdüstan Demokratik Partiyası”nın təmsilçisinə müraciətində bildirib.

“Kərkükdəki terrorçu PKK qruplaşmasının silahlıları türkmənlərə hücum edərsə, lazımi addımlar atılacaq. Əgər Bağdad istəsə, ortaq təhlükə yaranacağı təqdirdə birlikdə fəaliyyət göstərə bilərik. Habur sərhəd-keçid məntəqəsində qarşı tərəf İraqın şimalındakı yerli hökumət deyil, mərkəzi hakimiyyətdir. Habur sərhəd-keçid məntəqəsini bağlamırıq”, - nazir deyib. 

Son xəbərlər

Orphus sistemi