Türkiyə xarici işlər nazirinin təyyarəsinə Rotterdamda enməyə icazə verilməyib

Türkiyə xarici işlər nazirinin təyyarəsinə Rotterdamda enməyə icazə verilməyib Bir qədər əvvəl Çavuşoğlu belə bir addımın Hollandiya üçün ciddi nəticələrə gətirib çıxaracağını bildirib
Region
11 Mart , 2017 16:32
Türkiyə xarici işlər nazirinin təyyarəsinə Rotterdamda enməyə icazə verilməyib

Bakı. 11 mart. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Hollandiyanı ziyarət edə bilməyib.

"Report” “Euronews”a istinadən xəbər verir ki, Hollandiya hakimiyyəti sanksiyalar təhlükəsinə baxmayaraq, onun təyyarəsinə öz ərazisində enməyə icazə verməyib və mitinqi ləğv edib.

Qeyd edək ki, bir qədər əvvəl Çavuşoğlu bildirib ki, Hollandiya onun ölkəyə səfərinə icazə verməsə, belə bir addım onlar üçün ciddi nəticələrə gətirib çıxaracaq. 

Son xəbərlər

Orphus sistemi