Türkiyə vətəndaşları Rusiyada partlayış zamanı xəsarət alıblar

Türkiyə vətəndaşları Rusiyada partlayış zamanı xəsarət alıblar Rusiyada yaşayış evi qaz sızması nəticəsində partlayıb
Region
27 Mart , 2021 08:52
Türkiyə vətəndaşları Rusiyada partlayış zamanı xəsarət alıblar

Rusiyada yaşayış evi qaz sızması nəticəsində partlayıb.

“Report” xəbər verir ki, hadisə Moskvada, Rodnikovaya küçəsində baş verib. Hadisə zamanı Türkiyənin dörd vətəndaşı müxtəlif xəsarətlər alıb. Bunlar 1998-ci il təvəllüdlü M.Ərtuğrul, 1964-cü il təvəllüdlü A.Cəmil, 1974-cü il təvəllüdlü A.Nasir və daha bir nəfərdir. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Bəzi KİV orqanları isə xəsarət alanların sayının 4 yox, 5 nəfər olduğunu bildirib. Qeyd edilir ki, onlar arasında 1 uşaq da var.

Hadisə zamanı ətrafdakı avtomobillərə də ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi