Türkiyə və Yunanıstan sahil mühafizə xidmətinin əməkdaşları 16 qaçqın meyitini sudan çıxarıb

Türkiyə və Yunanıstan sahil mühafizə xidmətinin əməkdaşları 16 qaçqın meyitini sudan çıxarıb Bölgədə axtarış-xilasetmə əməliyyatı davam etdirilir
Region
24 Aprel , 2017 19:28
Türkiyə və Yunanıstan sahil mühafizə xidmətinin əməkdaşları 16 qaçqın meyitini sudan çıxarıb

Bakı. 24 aprel. REPORT.AZ/ Türkiyənin Çanaqqala əyalətinin Ayvacık rayonu sahilləri yaxınlığında qaçqınları daşıyan qayığın batması nəticəsində ölən 16 nəfərin meyiti aşkarlanaraq sudan çıxarılıb.

“Report” İHA-ya istinadən xəbər verir ki, iki qaçqın sağ olaraq, xilas edilib. Onlar qayıqda 20-25 nəfərin olduğunu bildiriblər.

Məlumata görə, Türkiyə sularında batan qaçqınlardan 7-nin Türkiyə Sahil Mühafizə xidmətinin əməkdaşları, Yunanıstan tərəfdəki sularda batan 9 nəfəri isə yunanlar xilas ediblər.

İnformasiyaya əsasən, bölgədə axtarış xilasetmə əməliyyatı davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi