Çavuşoğlu və Kulebanın müzakirə etdikləri məsələlər açıqlanıb - YENİLƏNİB

Çavuşoğlu və Kulebanın müzakirə etdikləri məsələlər açıqlanıb - YENİLƏNİB Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında ikitərəfli görüş olub.
Region
10 Mart , 2022 13:00
Çavuşoğlu və Kulebanın müzakirə etdikləri məsələlər açıqlanıb - YENİLƏNİB

“Ukrayna və Türkiyə xarici işlər nazirləri Dmitro Kuleba və Mövlud Çavuşoğlu Rusiyanın hücumlarını dayandırmaq üçün atılacaq addımları müzakirə ediblər”.

“Report” UNIAN-a istindən xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

“Ukrayna XİN rəhbəri siyasi və humanitar yardıma görə türkiyəli həmkarına təşəkkür edib. O, həmçinin mövcud vəziyyət barədə Mövlud Çavuşoğlununa məlumat verib”, - nazirlikdən qeyd olunub. 

XİN-dən bildirilib ki, ikitərəfli görüş zamanı D.Kuleba Ukraynanın tələblərini M.Çavuşoğlunun diqqətinə çatdırıb. O qeyd edib ki, dərhal atəşkəs elan edilməlidir. Bundan başqa, Rusiya qoşunları Ukraynadan çıxmalı, Mariupol, Xarkov, Sumı, Volnovaxa və Ukraynanın digər şəhərlərində humanitar vəziyyət yaxşılaşdırılmalıdır.

10:41

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında ikitərəfli görüş olub.

“Report” xəbər verir ki, nazirlər rəsmi Ankaranın Ukrayna və Rusiya arasında vasitəçiliyini müzakirə ediblər.

Qeyd edək ki, bu gün Antalyada Türkiyə, Rusiya və Ukrayna XİN başçıları Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kuleba arasında üçtərəfli görüş olacaq.

Son xəbərlər

Orphus sistemi