Türkiyə və Sudanın müdafiə nazirləri arasında görüş olub

Türkiyə və Sudanın müdafiə nazirləri arasında görüş olub Türkiyənin milli müdafiə naziri Hulusi Akar sudanlı həmkarı Yassın İbrahim Yassın ilə görüşüb
Region
10 Fevral , 2021 10:23
Türkiyə və Sudanın müdafiə nazirləri arasında görüş olub

Türkiyənin milli müdafiə naziri Hulusi Akar sudanlı həmkarı Yassın İbrahim Yassın ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Paytaxt Ankarada baş tutan görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq mövzuları müzakirə edilib.

Türkiyə və Sudanın tarixi dostluq və qardaşlıq münasibətlərini vurğulayan H.Akar iki ölkə arasında müdafiə sənayesi və birgə hərbi təlimlər sahələrində əməkdaşlığın daha da inkişaf edəcəyini bildirib.

Qeyd edək ki, nazirlərin bu görüşü Sudan ilə Rusiyanın münasibətlərinin daha da sıxlaşması fonunda baş tutub.

Sudan Rusiyanın Afrikadakı müttəfiq ölkələrindən biri sayılır. Belə ki, 2014-cü ilin martın 27-də BMT Baş Assambleyasının Krımdakı referendumun tanınmamasına dair səsverməsində Sudan layihənin əleyhinə səs verərək yarımadadakı referendumu tanıyıb və Rusiyanı dəstəkləyib. Bundan başqa, ötən ilin noyabrında Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinə Sudanda Rusiya Donanması üçün maddi-texniki təchizat mərkəzi yaratmağı tapşırıb.

Son xəbərlər

Orphus sistemi