Türkiyə və Rusiya XİN başçıları yaxın vaxtlarda görüşəcək

Türkiyə və Rusiya XİN başçıları yaxın vaxtlarda görüşəcək “Yaxın vaxtlarda rusiyalı həmkarım Sergey Lavrovla danışmağı planlaşdırıram”.
Region
29 Dekabr , 2022 11:07
Türkiyə və Rusiya XİN başçıları yaxın vaxtlarda görüşəcək

“Yaxın vaxtlarda rusiyalı həmkarım Sergey Lavrovla görüşməyi planlaşdırıram”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi qlobal təhlükəsizliyə ən böyük təhdiddir: “İlk vaxtdan bəri sülh üçün çalışırıq. BMT ilə birlikdə “Taxıl razılığı”na nail olduq. Həmçinin Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyinin təmin olunmasına, əsir mübadiləsinə kömək etdik”.

Nazirin sözlərinə görə, bu il Türkiyə və İsrail arasında qarşılıqlı olaraq səfirlər təyin edilib: “Misirlə əlaqələrin normallaşması isə daha yavaş davam edir”.

Son xəbərlər

Orphus sistemi