Bakı. 14 iyul. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Report" RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, telefon danışığı zamanı prezidentlər beynəlxalq gündəmdə olan məsələlərə, o cümlədən Suriya münaqişəsinin həlli istiqamətində birgə səylərə dair fikir mübadiləsi aparıblar.